BAKIDA DİŞ İMPLANTI

Diş implantı.Rəqəmsal dəqiqliklə.

Yeni gülüşünüzə gedən yol aydın bir planla başlayır. Dr. Bəxtiyar Əliyev ilə sizə uyğun müalicəni birlikdə müəyyən edək.

WhatsApp ilə yazın
Rəqəmsal planlaşdırmaFərdi yanaşma
Dr. Bəxtiyar Əliyevin portreti
SİZİN HƏKİMİNİZ

Dr. Bəxtiyar Əliyev

İmplantoloq · Ortoped stomatoloq

3D

Əvvəlcədən planlaşdırılan müalicə

Hər addımda aydınlıq.Müalicə yolu ilə tanış olun
MÜALİCƏ SEÇİMLƏRİ

Ehtiyacınıza uyğun qayğı.

İtirilmiş bir dişdən tam çənə bərpasına qədər, sizin ehtiyacınızdan başlayan seçimlər.

Bütün müalicələr
Hansı müalicənin uyğun olduğunu bilmirsiniz?
İSTİFADƏ ETDİYİMİZ İMPLANT SİSTEMLƏRİ
Straumannbredent copaSKYNeoBiotechMegaGenEvidence Implant
ADDIM-ADDIM

İlk görüşdən yeni gülüşə.

Nə baş verəcəyini bilmək özünüzü daha rahat hiss etməyə kömək edir.

MƏRHƏLƏ 01 / 04

Tanışlıq və müayinə

İlk görüşdə sağlamlıq məlumatlarınızı, gözləntilərinizi və suallarınızı müzakirə edirik. Müayinə və ehtiyac olduqda 3D görüntüləmə ilə mövcud vəziyyəti qiymətləndiririk.

Sizi dinləyirik

İstəklərinizi dinləyir, ağız sağlamlığınızı qiymətləndiririk.

Dr. Bəxtiyar Əliyevin portreti
Dr. Bəxtiyar Əliyevİmplantoloq · Ortoped stomatoloq
SİZİN HƏKİMİNİZ

Əvvəlcə sizi dinləyirik.

Hər gülüşün öz hekayəsi var. Müalicə planınız da yalnız sizə aid olmalıdır.

Dr. Bəxtiyar Əliyev diş implantasiyası və dişlərin funksional bərpası ilə məşğul olur. Müayinə, rəqəmsal planlaşdırma və müalicə seçimlərini sizinlə birlikdə nəzərdən keçirir.

  • 3Shape ilə rəqəmsal planlaşdırma
  • Ağızdaxili skan və 3D görüntüləmə məlumatlarının analizi
  • Estetika və çeynəmə funksiyasına birlikdə yanaşma
Ətraflı
24/7 KÖMƏKÇİ

İstədiyiniz saatda yazın, dərhal cavab alın.

Telegram və WhatsApp köməkçimiz gecə-gündüz işləyir: müalicə haqqında ətraflı məlumat, qiymət təklifləri və uyğun həkim görüşü. Şikayətinizi yazın, sizi düzgün istiqamətləndirsin.

Zəng üçün: +994 10 501 01 07 (iş saatlarında). Köməkçi diaqnoz qoymur, həkim müayinəsini əvəz etmir.

ŞƏFFAF PLANLAŞDIRMA

Xərclərinizi əvvəlcədən anlayın.

İlkin qiymət aralığı, daxil olan xidmətlər və fərdi plan — hamısı bir yerdə.

Müalicə büdcənizi planlaşdırın.

İlkin qiymət aralığını görmək üçün seçim edin.

Qiymət mənbəyi: implantoloq.az · 17.09.2026 · Tam kalkulyatoru açın
TƏXMİNİ ÜMUMİ MƏBLƏĞ600 – 1,285AZN

Qapaqsız implantdan zirkon qapaqlı implanta qədər

Bu, ilkin hesablamadır. Dəqiq qiymət müayinə və fərdi plandan sonra müəyyən edilir. Əlavə prosedurlar ayrıca hesablanır.

Qiymətə baxın
PASİYENT RƏYLƏRİ

Pasiyentlərimiz nə deyir?

4.9Google-da · 133 rəy

Bütün rəylərə baxın

Bu gün Dr. Bəxtiyar Əliyevlə diş konsultasiyasında oldum və ilk təcrübəmdən çox məmnun qaldım. Həm konsultasiyadan əvvəl personalın ətraflı məlumatlandırması, həm də klinikada göstərilən diqqətli xidmət məndə xoş təəssürat yaratdı. Dr. Bəxtiyar Əliyevin bütün suallarımı ətraflı cavablandırması, prosesi sistemli şəkildə izah etməsi və qeydlər aparılaraq hər detalın diqqətdə saxlanılması xüsusilə xoşuma gəldi. Belə diqqətli, peşəkar və pasiyentə dəyər verən yanaşma üçün təşəkkür edirəm!

Rana AbdullayevaGoogle · 10.2026

Artıq bir neçə ildir ki, bu stomatoloji klinikanın pasiyentiyəm. Lakin klinika sadəcə bir bina və divarlardan ibarət deyil. Hər şeydən əvvəl, bu, müasir və qabaqcıl avadanlıqlardan istifadə edərək çalışan, öz işinin həqiqi peşəkarları olan yüksək ixtisaslı həkim və əməkdaşlardan ibarət komandadır. Amma mənim üçün heç də az əhəmiyyət kəsb etməyən başqa bir məqam da var — bu, sağlamlığını və rahatlığını etibar edə biləcəyin, mehriban, səmimi və həssas insanlardır. Bu fürsətdən istifadə edərək, ətrafına belə peşəkar mütəxəssisləri və ən əsası, belə gözəl insanları toplamağı bacarmış doktor Bəxtiyarın timsalında bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Əməyinizə, peşəkarlığınıza və pasiyentlərə göstərdiyiniz səmimi, insani münasibətə görə hər birinizə təşəkkür edirəm!

Ramil HamidovGoogle · 10.2026

Müasir texnologiya, keyfiyyətli iş və peşəkar həkim heyəti ilə sağlam və gözəl gülüş üçün tək ünvan. Burada hər müalicəyə diqqətlə yanaşılır, müasir avadanlıqlardan istifadə olunur və nəticənin keyfiyyətinə önəm verilir. Baş həkim və cərrah — Dr. Baxtiyar Uzun illərin təcrübəsi, dəqiq yanaşması və peşəkarlığı ilə hər bir pasiyent üçün ən doğru müalicə yolunu seçən həkim. Minaya Dr, Nuran Dr Plomb və diş bərpası işlərində səliqəli və diqqətli yanaşmaları ilə möhtəşəm ötəsidilər, əsas da mənim Doktorum Minaya xanım Saiq dr Kanal müalicəsində səbirli, detallı və peşəkar işləyən həkimdi Və ən əsası uşaqların sevimlisi Aygül Dr Uşaqlarınızı ürək rahatlığı ilə etibar edə biləcəyiniz mehriban, səbirli, və peşəkar həkimdi.

Day TravelGoogle · 09.2026

Men coox memnun qaldim smile klinikani secdiyim ucun. Her sey steril ve temizdir. Butun personal guleruz ve mehribandir. Minaye doktor ve Saig doktor menim dishlerimin mualicesini etdiler ikiside ishinde profesionaldilar elave olarag mehriban anlayisli olmalari menim ucun elave ustunlukdur cunku cox guven verdiler mene ki cox sayda problemli dislerimi onlara emanet etdim ve cox memnun qaldim. Tesekkurler sizlere Smile

Konul JonesGoogle · 05.2026

Bakıda bir çox klinikada diş müalicəsi almışdım və açığı, çox pis təcrübələrim olmuşdu. O qədər sarsılmışdım ki, artıq diş həkiminə getmək istəmirdim. Qorxularım, travmalarım vardı. Yaxşı ki SmilebydrBaxtiyar klinikasını tanıdım. Peşəkar kollektivi,özümü güvəndə hiss etdim,dişlərimi etibar edəcəyim tək klinika.

saya ISILAKGoogle · 02.2026

Очень понравилась эта клиника! С самого входа чувствуется приятная атмосфера, всё очень красиво, чисто и аккуратно. Отдельно хочу отметить персонал — все очень вежливые, внимательные и действительно стараются сделать так, чтобы ты чувствовал себя комфортно. Очень приятно видеть, насколько всё стерильно и организованно. Отдельная благодарность доктору Минае ханум за её профессионализм! Очень внимательный и грамотный врач, всё объясняет спокойно и понятно. А самое главное — рядом с ней процедура вообще не ощущается как поход к стоматологу, скорее как будто пришёл к хорошему другу 😄 Благодаря её отношению даже самые волнительные моменты проходят спокойно. Однозначно рекомендую эту клинику и особенно Минае ханум! 🙌

Salim GaxramanovGoogle · 09.2026
PASİYENT BƏLƏDÇİSİ

Rahat qərar, aydın məlumat.

Ağlınızdakı suallara anlaşılan cavablar.
SUALLAR VƏ CAVABLAR

Suallarınız cavabsız qalmasın.

Başqa sualınız var?

İmplantoloq — diş implantı müalicəsi ilə məşğul olan stomatoloq həkimdir. İmplantoloq itirilmiş dişlərin yerinə titan implant yerləşdirərək həm estetik, həm də funksional bərpa həyata keçirir. Müasir implantologiyada implantoloq həkimlər sümük vəziyyətini qiymətləndirir, uyğun implant sistemini seçir və pasiyent üçün fərdi müalicə planı hazırlayırlar.

Diş implantı əməliyyatı lokal keyitmə altında həyata keçirildiyi üçün prosedur zamanı ağrı hiss olunmur. Əməliyyatdan sonra isə bir neçə gün yüngül həssaslıq və şişkinlik ola bilər. Müasir implantologiyada istifadə olunan texnologiyalar sayəsində implant əməliyyatı əvvəlki illərlə müqayisədə daha rahat və təhlükəsiz hesab olunur.

Keyfiyyətli implant sistemi və düzgün qulluq ilə diş implantları uzun illər, hətta ömür boyu istifadə oluna bilər. İmplantın davamlı olması üçün ağız gigiyenasına diqqət etmək, mütəmadi stomatoloq müayinəsindən keçmək və peşəkar təmizləmə prosedurlarını gecikdirməmək vacibdir.

Əksər hallarda implant müalicəsi bir çox insan üçün uyğundur. Lakin sümük çatışmazlığı, bəzi xroniki xəstəliklər və ya ağız boşluğunda aktiv infeksiya olduqda əlavə müalicələr tələb oluna bilər. İmplant qərarı verilməzdən əvvəl rentgen və ya tomoqrafiya müayinəsi aparılır və implantoloq həkim sümük vəziyyətini qiymətləndirir.

İmplant müalicəsi adətən müayinə və planlama, implantın yerləşdirilməsi, sağalma müddəti və protez mərhələsindən ibarət olur. Bəzi hallarda müvəqqəti dişlər daha erkən yerləşdirilə bilər. Müalicə müddəti pasiyentin sümük vəziyyətinə və tətbiq olunan implant sisteminə görə dəyişə bilər.
İLK ADDIM

Gülüşünüz haqqında danışaq.

Suallarınızı verin, sizin üçün uyğun görüş vaxtını birlikdə planlaşdıraq.

WhatsApp ilə yazın
Zəng edinWhatsApp